AMB-dən məxaric olunan pul vəsaitərində 200 manatlığın çəkisinə qoyulmuş limit ləğv edilib

Mərkəzi Bankdan məxaric olunan pul vəsaitərində 200 manatlığın çəkisinə qoyulmuş limit ləğv edilib.

BBN.az xəbər verir ki, 01 iyul tarixindən etibarən kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankdan məxaric olunan iri nomnallı (100 və 200 manat) pul nişanlarında 200 manatlığın xüsusi çəkisinə müəyyən edilmiş 15%-dək limit ləğv edilib.

Bunun məqsədi Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 iyun 2018-ci il tarixli qərarına əsasən tədavüldə olan iri nominallı pul nişanlarının strukturunun optimallaşdırılması, eyni zamanda 200 manatlıq pul nişanlarının tədavülünün intensivləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır