Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi son açıqlamasında inflyasiyanın istənilən səviyyəyə gəlməsi ilə pul siyasətində dəyşiklik edilə biləcəyini bildirib.
Bundan sonra qlobal bazarda AMB-nin pul siyasətini dəyişəcəyi qorxusu ilə avroya kütləvi yönəlmə olub və avronun məzənnəsində kəskin bahalaşma müşahidə edilib.
Sonrada AMB-nin “səhv anlaşılma” bildirişinin yayılması da bu tendensiyanın qarşısını ala bilməyib.
Qeyd edək ki, təqribən 10 ildir ki, AMB yumşaq pul siyasəti yeridir. Bu siyasətin dəyişdirilməsinə yönəlik kiçicik bir ehtimal belə investorları avronun alışına təhrik edir.