2017-ci ilin may ayının sonuna M2 aqreqatı 11.569 mlrd. manat təşkil edib. Bu barədə Mərkəzi Bankın Statistik Bülletenində məlumat verilib. Qeyd edək ki, aprel sonunda M2 pul aqreqatı 11.610 mlrd. manat olub.
Belə ki, aprel ayı ilə müqayisədə bu göstərici 41.6 mln. manat və ya 0.4% azalıb.
M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2017-cı ilin mayında 1.49 , 2016-ci ilin müvafiq dövründə isə 1.26 təşkil edib.
Xatırladaq ki, M2 aqreqatı “Banklardan kənarda nağd pul (M0), manatla tələb edilənədək depozitlər, manatla müddətli depozitlər”in cəminə bərabərdir.