2017-ci ilin iyun ayının sonuna M2 aqreqatı 11.436 mlrd. manat təşkil edib. Bu barədə Mərkəzi Bankın Statistik Bülletenində məlumat verilib. Qeyd edək ki, may ayının sonunda M2 pul aqreqatı 11.569 mlrd. manat olub.
Belə ki, may ayı ilə müqayisədə bu göstərici 132.6 mln. manat və ya 1.2% azalıb.
M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2017-cı ilin iyununda 1.38 , 2016-ci ilin müvafiq dövründə isə 1.28 təşkil edib.
Xatırladaq ki, M2 aqreqatı “Banklardan kənarda nağd pul (M0), manatla tələb edilənədək olan depozitlər, manatla müddətli depozitlər”in cəminə bərabərdir.