Oktyabr ayında Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçiriləcək, Azərbaycan iş adamlarından ibarət ixrac missiyası Macarıstana səfər edəcək.
Bu məsələlərə, eləcə də Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev və Macarıstanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi arasında keçirilmiş görüşdə müzakirələr aparılıb.
Qeyd olunub ki, yaxın vaxtlarda Macarıstanda Azərbaycanın ticarət nümayəndəsinin təyin olunması, eləcə də qarşılıqlı ticarətin genişləndirilməsi üçün digər mexanizmlərdən istifadə edilməsi planlaşdırılır.