Fransanın sabiq iqtisadiyyat naziri Macron Fransa və Almaniyanın avronu dəstəkləyə bilməyəcəyi təqdirdə avronun sonunun gələcəyini ifadə edib.
Berlində Humboldt Universitetində verdiyi açıqlamada Macron: “Avronun tamamlanmamış olduğunun və böyük islahatlar olmasa sonunun gələcəyini kollektiv şəkildə dərk etməliyik. Avro Avropanın ABŞ dolları qarşısında tam suverenliyini təmin edə bilmədi”-deyib.
Macron Fransada məşğulluq bazarının, təhsil sisteminin ciddi islahatlara ehtiyacı olduğunu deyib. Almaniyanın isə qənaət rejimindənsə investisiyaların artırılmasına yönəlməsinin vacib olduğunu vurğulayıb.