“Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçiriləcək

12 yanvar 2018-ci il tarixində saat 10:30-dan etibarən Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən “Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçiriləcək.

BBN.az xəbər verir ki, tədbir İxracatçılar Klubunun 2018-ci il üzrə ilk iclası çərçivəsində baş tutacaq.

Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli məhsulların xarici bazarlarda təşviqi istiqamətində görülən işlərin davamı olaraq təşkil edilib.

Qeyd edək ki, təqdimat mərasimində iştirak etmək istəyən şirkətlər iştirak şirkəti təmsil edəcək nümayəndə ilə bağlı məlumatı AZPROMO-ya bildirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır