Magistral qaz kəmərləri ilə 19857,2 milyon kub-metr qaz nəql edilib

2017-ci ilin yanvar-noyabr aylarında magistral qaz kəmərləri ilə 19857,2 milyon kub-metr qaz nəql edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Qaz nəqlində əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 % artım müşahidə olunub. Qaz nəqlinin 33,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 6626,4 milyon kub-metr qaz ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır