“Mail.ru” bu ölkədə fəaliyyətini dayandırır

“Mail.ru Group” şirkəti Ukraynanın internet mübadiləsi nöqtələrinə internet trafikinin çatdırılmasının dayandırılacağını açıqlayıb.

“Biz bu addımın müştərilərimizə təsir edəcəyini düşünmürük. Rusiya və Ukrayna arasında bizdən başqa da bir neçə fərqli kommersiya operatoru kanalları mövcuddur”-deyə, şirkət bildirib.

Bu addımın iqtisadi səbəblərdən meydana gəldiyi vurğulanıb. Şirkət öz açıqlamasında ilin əvvəlindən etibarən Ukrayna tərəfindən bəzi kommunikasiya xidmətlərində qiymətlərin dəfələrlə artırıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır