2017-ci ilin 18-21 Sentyabr tarixlərində Kuala Lumpur, Malasiyada “8-ci Müsəlman Dünyası BİZ 2017” Biznes və İnvestisiya Forumu keçiriləcək.
Qeyd edək ki, tədbirlər Müsəlman liderlərinin dəyirmi masa müzakirəsi 2017, Müsəlman Dünyasının İnfrastruktur və İnvestisiya Konfransı 2017, Dünya İslam Turizm Konfransı və Expo 2017, İƏT-Asiya Ticarət və İqtisadi Forumu 2017, İƏT Ali Təhsil Konfransı və Expo 2017, İƏT Qadınlar Sammiti 2017, Müsəlman Dünya Mükafatının İnciləri 2017 ticarət sərgiləri və sammitlərindən ibarətdir.