19 fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104002743 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 22 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000%) və 93.5000 AZN (6.9901%) olan 30 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2756 AZN (7.2488%), orta ölçülmüş qiyməti 93.3026 AZN (7.2176%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 114,637,900.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 18 fevral 2020-ci ildir
Hərrac iştirakçıları 20 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.