Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

07 may 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105008756 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 96.6274 AZN (9.90%) və 100.9130 AZN (7.5%) olan 17 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.4192 AZN (8.88%), orta ölçülmüş qiyməti 98.5851 AZN (8.78%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,010,200.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  04.05.2021-ci il.

Hərrac iştirakçıları 8 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır