“Maliyyə bazarları” mövzusunda təlim keçirilib

19 dekabr 2017-ci il, Bakı – Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Təlim və Maarifləndirmə Mərkəzinin təşkilatçılığı ilə Lüksemburqun ATTF Təlim Mərkəzi tərəfindən “Maliyyə bazarları” mövzusunda təlim keçirilib.

Belə ki, Maliyyə Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində keçirilən tədbirdə ATTF Təlim Mərkəzinin eksperti Mark Venda tərəfindən səhm, istiqraz, valyuta və əmtəə bazarları, törəmə maliyyə alətləri və onların istifadəsi zamanı risklərin idarə edilməsi mövzuları üzrə beynəlxalq təcrübə və yeniliklər barədə ətraflı məlumatlar təqdim olunub. Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 17 bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının ATTF Təlim Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində gələcəkdə də maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır