Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni rəhbər təyinatı olub

Azərbaycan Mərkəzi Bankından Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) rəhbər transferi baş verib.

BBN.az xəbər verir ki, Tamerlan Rüstəmov MBNP-nın Ödəniş Sistmlərinə Nəzarət Sektoruna rəhbər təyin edilib.

Bundan əvvəl T. Rüstəmov Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı şöbəsinin əməkdaşı olub.

Həmçinin T. Rüstəmov Azərbaycan Banklar Assosiasiyasının  “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun işində fəal iştirak edir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır