Maliyyə Bazarlarına Nəzarət Palatasında Attestasiya komissiyası yaradılıb

Azərbaycan Respublikasi Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya komissiyası öz fəaliyyətinə başlayıb.

Attestasiya komissiyasının ilk iclasında üç nəfər bank inzibatçısının attestasiyası keçirilib və hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun hesab ediliblər.

Qeyd edək ki, Attestasiya komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların və xarici bank filiallarının İdarə Heyəti üzvlərinin, daxili audit bölmələrinin rəhbərlərinin, baş mühasiblərinin, investisiya şirkətlərinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək.

Sığorta şirkətlərinin rəhbər işçilərinin (Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin, daxili audit xidmətinin rəhbərinin və baş mühasibin), aktuari fəaliyyəti ilə məşğul olan şəxslərin, sığorta agentlərinin və ya onların rəhbərlərinin və investisiya xidmətlərini həyata keçirən şəxslərin attestasiyası isə test vasitəsilə həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır