Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən attestasiyanın nəticələri açıqlanıb

16-22 noyabr 2017-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Nəticələrə əsasən attestasiyada iştirak edən 47 namizəddən 21 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Nəticələr ilə buradan tanış ola bilərsiniz: Attestasiya_neticeler_29112017

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır