Maliyyə Bazarlarına Nəzarət Palatasında “Strateji Yol Xəritəsi”nə dair növbəti iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən strateji yol xəritəsinin icrası məqsədilə yaradılan əməliyyat planına uyğun cari ilin noyabr ayı ərzində həyata keçirilmiş tədbirlərin müzakirəsi aparıldı və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlanıb.

Tədbirlər planının icrasının koordinasiya işlərinin daha effektiv aparılması məqsədi ilə 16 prioritet üzrə yaradılan işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənilib, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb. İkinci yarımillikdən etibarən hər ay keçirilən strateji yol xəritəsinin icrası ilə bağlı iclasda bu dəfə də növbəti ay üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır