BBN.az xəbər verir ki, 14 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı və MBNP-nin digər rəhbər şəxsləri ilə Azərbaycan Banklar Assosiasiyasına üzv bankların sədrləri arasında görüş keçiriləcək. Görüş zamanı bank-maliyyə sisteminin cari vəziyyəti və qarşıda duran vəzifələr müzakirə ediləcək.
Görüşdə banklar Müşahidə Şurası və ya İdarə Heyəti sədri səviyyəsində təmsil olunacaqlar.