16 may 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102010540 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 9 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39,603,900.00 AZN təşkil edib. Sifarişlər 95.6419 AZN (18.4798%) və 96.7785 AZN (13.4998%) qiymət intervalında təqdim edilib.
Qeyd edək ki, hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 96.5500 AZN (14.4916%), orta ölçülmüş qiyməti 96.7128 AZN (13.7845%) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 17.05.2017 tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edib. Qeyd edək ki, istiqrazların ödəmə tarixi 15.08.2018-cı ildir.