Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

10 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104026544 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən 20 sifariş təqdim edilib. Sifarişlərin qiymət intervalı 88.9470 AZN (12.4949%) və 94.3688 AZN (6.0001%) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 92 552 000,00 AZN olub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9281 AZN (6.5000%), orta ölçülmüş qiyməti 94.1479 AZN (6.2501%) müəyyən edilib. Hərrac nəticəsində  istiqrazların yerləşdirilmiş həcmi  25 000 000 AZN  təşkil edib.

İstiqrazların ödəmə tarixi 9 oktyabr 2018-ci ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 11 oktyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır