2017-cı ilin 18 aprel tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.
Hərraca ümumi həcmi 80 mln. manat olan istiqrazlar cəlb ediləcək. Həcmi 60 mln. manat olan istiqrazın tədavül müddəti 364 gün, həcmi 20 mln. manat olan istiqrazın tədavül müddəti isə 182 gündür. İstiqrazların ödəmə tarixi müvafiq olaraq 2018-cı il 17 aprel və 2017-ci il 17 oktyabr tarxindədir.
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.