17 oktyabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Dövlət istiqrazının növü |
Diskontlu, qısamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0102027544 |
Emissiya həcmi |
20 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
182 gün
|
Ödəmə tarixi |
17.04.2018
|
Anderrayter |
Paşa Kapital İŞ QSC
|
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.