Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14 avqust 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0105013699
Emissiya həcmi 30 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 728 gün
Faiz ödənişləri (olduqda) 2019-cu il 12 fevral, 2019-cu il 13 avqust, 2020-ci il 11 fevral, 2020-ci il 11 avqust
Faiz gəliri 8 %
Ödəmə tarixi 11.08.2020
Anderrayter Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır