Maliyyə Nazirliyinin İstiqrazları üzrə hərrac keçiriləcək

2017-cı ilin 25 iyul tarixində BFB-də keçiriləcək Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ), üzrə hərrac və istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Hərracın keçirilməsi tarixi 25.07.2017
Dövlət istiqrazının növü DQİ
Qiymətli kağızın İSİN kodu AZ0102017515
Ümumi həcmi (manat) 20 000 000
Bir istiqrazın nominal dəyəri (manat) 100
İstiqrazların tədavül müddəti 182 gün
Ödəmə tarixi 23.01.2018
Anderrayter Paşa Kapital İŞ QSC

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır