02 may 2017-ci il tarixində “Bakı Fond Birjası” da Maliyyə Nazirliyinin AZ0104009540 ISIN kodlu, tədavül müddəti 364 gün olan 25.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
AZ0104009540 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 50.2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 25.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 84.8544 (gəlirlilik 17.9472%) səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, istiqrazların ödəmə müddəti 01 may 2018-ci ildir.