Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

29 avqust 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü Faizli, sənədsiz adlı
Qiymətli kağızın ISIN kodu AZ0105007550
Emissiya həcmi 5 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 2 il (728 gün)
Faiz gəliri 15 %
Faiz gəlirinin ödəniş müddəti 6 aydan bir

(182 gün)

Ödəmə tarixi 27.08.2019
Anderrayter Paşa Kapital İŞ QSC

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır