Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

27 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106018697
Emissiya həcmi 30 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1092 gün
Faiz gəliri 9 %
Ödəmə tarixi 23.11.2021
Anderrayter Paşa Kapital İŞ QSC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır