26 fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106003756 |
Emissiya həcmi | 15 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 27 avqust 2019-cu il, 25 fevral 2020-ci il, 25 avqust 2020-ci il, 23 fevral 2021-ci il, 24 avqust 2021-ci il, 22 fevral 2022-ci il |
Faiz gəliri | 9 % |
Ödəmə tarixi | 22.02.2022 |
Anderrayter | Paşa Kapital İŞ QSC |