“Maliyyə Nazirliyi”nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

19 sentyabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri cədvəldəki kimidir:

Dövlət istiqrazının növü Diskontlu, sənədsiz adlı
Qiymətli kağızın ISIN kodu AZ0104024549
Emissiya həcmi 15 000 000 AZN
Nominal dəyəri 100 AZN

 

İstiqrazların tədavül müddəti 364 gün
Ödəmə tarixi 18.09.2018

 

Anderrayter Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır