10 oktyabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib:
Dövlət istiqrazının növü | Diskontlu, qısamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0104026544 |
Emissiya həcmi | 25.000.000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 364 gün |
Ödəmə tarixi | 09.10.2018 |
Anderrayter | Paşa Kapital İŞ QSC |