24 oktyabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları
|
Qiymətli kağızın ISIN kodu |
AZ0105009556 |
Emissiya həcmi |
5 000 000 AZN
|
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
728 gün |
Ödəmə tarixi |
22.10.2019
|
Anderrayter |
Paşa Kapital İŞ QSC
|
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.