Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

07 may 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növüFaizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0105008756
Emissiya həcmi20 000 000 AZN
Nominal dəyəri100 AZN
İstiqrazların tədavül müddəti728 gün
Faiz ödənişləri (olduqda)05 noyabr 2019-cu il, 05 may 2020-ci il, 03 noyabr 2020-ci il, 04 may 2021-ci il
Faiz gəliri8 %
Ödəmə tarixi04.05.2021
AnderrayterPaşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır