Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.0051 AZN (12.8601%) və 96.6452 AZN (7.0000%) olan 22 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7277 AZN (8.9999%), orta ölçülmüş qiyməti 95.7845 AZN (8.8749%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 56,866,800.00, yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edilib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 20 fevral 2018-ci  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır