12 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102023543 ISIN-li, 20 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 11 investor tərəfindən qiyməti 96.4142 AZN olan 21 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4142 AZN (7.4999%), orta ölçülmüş qiyməti 96.4142 AZN (7.4999%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76,618,600.00 yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi – 13 mart 2018-cu ildir. Hərrac iştirakçıları 13 sentyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir.