28 noyabr 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102029540 ISIN kodlu, tədavül müddəti 182 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
AZ0102029540 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 88.26 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 30.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98.0481(gəlirlilik 8.5000%) səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, istiqrazların ödəmə müddəti 29 may 2018-ci ildir.