30 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106001693 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 82.5789 AZN (20.0000%) və 100.2955 AZN (11.8800%) olan 15 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1834 AZN (14.9000%), orta ölçülmüş qiyməti 97.0084 AZN (13.2406%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44 811 500,00 yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 26 yanvar 2021-ci ildir. Hərrac iştirakçıları 31 yanvar 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.