Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

27 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106003699 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 88.6160 AZN (17.0000%) və 110.7638 AZN (7.9000%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.6011 AZN (9.8000%), orta ölçülmüş qiyməti 107.7699 AZN (8.9877%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53.264.700 AZN yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  23 fevral 2021-ci  ildir.

Hərrac iştirakçıları 28 fevral 2018-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır