Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarına tələb azalıb

25 aprel 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104008542 ISIN kodlu, 364 gün tədavül müddətli, 50 000 000 manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən 22 sifariş təqdim olunub.Sifarişlərin nominal üzrə ümumi məbləği 45,913,200.00 manat təşkil edib.

Sifarişlər 84.1072 manat (18.9999%) və 86.9876 manat (15.0413%) qiymət intervalında təqdim olunub..

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.7000 manat (18.1632%) orta ölçülmüş qiyməti 85.4926 AZN (17.0626%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.04.2017  tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  37,599,700.00 manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi  24.04.2018-cı ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır