26 oktyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının (BBŞ) növbəti iclası keçirilib.
İclasda əsas müzakirə mövzularından biri də Maliyyə Ombudsmanı institunun maliyyə bazarındakı rolu olub. İştirakçılar bu sahədə öz təbrübələrini bölüşüb və fikir mübadiləsi aparılıb, eləcə də bu institutun maliyyə bazarı üçün əhəmiyyəti vurğulanıb. Nəticədə, maliyyə ombudsmanı haqqında təcrübələri əks etdirən sənədin BBŞ platforması üzərindən mübadiləsinə qərar verilib. Həmçinin hər bir üzvün bu institutun əhəmiyyəti haqqında ölkələrindəki bütün maraqlı kredit və digər maliyyə təşkilatlarını məlumatlandırması məsləhət görülüb. Qeyd edək ki, artıq Azərbaycanda belə bir institut – Bank Ombudsmanı adı ilə bu ilin sentyabr ayından fəaliyyət göstərir.
Qeyd edək ki, Beynəlxalq Bank Şurasının yaradılması haqqında qərar 3 sentyabr 2004-cü il tarixində Soçidə “Rusiya bankları – XXI əsr” mövzusunda keçirilmiş II Beynəlxalq Bank Forumunda qəbul edimişdir və Şuranın yaradılması haqqında müvafiq Əsasnaməni təsdiq edilib.
Yarandığı tarixdən hazırkı dövrə qədər, Azərbaycan, Gürcüstan, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Ermənistan, Monteneqro, “MDB Maliyyə-Bank Şurası” və “Avrasiya Əməkdaşlıq Təşkilatının Maliyyə-Bank Şurası” üzv olunmuşdur. Hazırda Şuraya 17 təşkilat daxildir.
05 sentyabr 2008-ci ildən etibarən Rusiya Regional Banklar Assosiasiyasının sədri A.V. Muriçev Beynəlxalq Bank Şurasının sədridir.