Maliyyə Sabitliyi Şurasının iclası keçirilib

Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilib.

İclasda Maliyyə Sabitliyi Şurasının üzvləri – Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər. İclasın gündəliyinə uyğun olaraq, Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilib.

Qeyd edək ki, hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə 2016-cı ilin sonunda Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nın icra vəziyyətinin təhlili öz əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır