Dekabrın 25-də Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının (MSŞ) tərkibində dəyişiklikləri təsdiq edib.
Müvafiq fərmanda, Şuranın sədri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi təsdiqlənib. Xatırladaq ki, bundan əvvəl Şuraya baş nazir rəhbərlik edirdi.
Əlavə olaraq, Şuranın tərkibi genişləndirilərək Azərbaycan Respublikası Birinci vitse-prezidentinin 2 köməkçisi və Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Şuranın tərkibinə daxil edilib.
Dövlət başçısı Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinə Şurasında təmsil olunacaq Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri barədə təkliflərini MSŞ-ya təqdim etməyi tapşırıb.
Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatası MSŞ-da qurumu İdarə Heyətinin sədri təmsil edəcək. Xatırladaq ki, bundan əvvəl Şurada bu qurumun Direktorlar Şurasının sədri təmsil edirdi.
Beləliklə, Maliyyə Sabitliyi Şurası aşağıdakı tərkibdə təsdiqlənib:
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.