Maliyyə sanksiyaları nədir?

Maliyyə sanksiyaları ölkələr və ya transmilli təşkilatlar tərəfindən müəyyən bir ölkənin, fiziki vəya hüquqi şəxslərin maliyyə fəaliyyətlərini məhdudlaşdıran tədbirlərdir.

Maliyyə sanksiyasılarına nələr daxildir?

  • Sanksiyalı ölkəyə pul vəsaitlərinin köçürülməsi və bütün aktivlərin dondurulması,
  • Sanksiyalar siyahısına daxil olan fiziki və hüquqi şəxslər,təşkilatlar və ya hökumətlərə sığorta daxil olmaqla maliyyə xidmətləri daxil olmaqla maliyyə xidmətləri göstərilməsinin qadağan edilməsi
  • Sanksiyalar siyahısına daxil olan şəxslərin sahib olduğu və ya nəzarət etdiyi hüquqi şəxslərə maliyyə təminatının qadağan edilməsi

Maliyyə sanksiyları OFAC (ABŞ Qanununa əsasən maliyyə sanksiyalarını idarə edən və həyata keçirən ABŞ Xəzinədarlıq Departamentinin Xarici aktivlərə Nəzarət Ofisidir), BMT (Birləşmiş Millətlər Təşkilatı) ve Aİ (Avropa İttifaqı) kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tətbiq edilir.

Sözügüdən təşkilatlar tərəfindən verilən sanksiya siyahılarında fərdlər, qurumlar, və dövlətlər yer alır. Sanksiya siyahılarında yer alan tərəflərə birbaşa və ya dolayı olaraq maliyyə dəstəyi verilməməli və həmin şəxslərlə, və ya dövlətlərlə bağlı əməliyyatlar icra edilməməlidir.

Sanksiya proqramları aşağıdakı kateqoriyalardan ibarətdir.

Tam sanksiya proqramları. Tam sanksiya proqramları ölkə əsaslı sanksiya proqramlarıdır və bu proqramı əhatə edən ölkələr ilə bağlı əməliyyatlara vasitəçilik edilməməlidir.

Qismən olan proqramları. Qismən olan sanksiya proqramları xüsusi şəxsləri və təşkilatları hədəfləyən proqramlardır. Bu proqram çərçivəsində siyahıya əlavə olunmuş şəxslər və təşkilatlarla əməliyyatlar aparmaq qadağandır. Əməliyyatlar və müştərilərin rekvizitləri siyahılarla avtomatik olaraq yoxlanmalıdır.

Sektoral sanksiya proqramları. Rusiya sanksiyaları çərçivəsində müəyyən təşkilatlarla və müəyyən sektorlarla əməliyyatlardır.

.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır