Maliyyə Savadlılığı Şurası universitetlər və digər qurumlarla birgə fəaliyyət göstərəcək

Maliyyə Savadlılığı Şurası universitetlər və digər qurumlarla birgə fəaliyyət göstərəcək. Bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib. Bildirib ki,maliyyə savadlılığının artırılması istiqamətində ən təsiredici amil yeni yaradılan Şura ilə digər qurumların,  təşkilatların və universitetlərin   birgə fəaliyyət göstərməsidir. Cavanşir Abdullayev digər ölkələrdə bununla bağlı milli səviyyədə tədbirlər həyata keçirildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır