Maliyyə sektorunun strateji hədəflərinə nail olmaq üçün 115 mln. manat tələb olunur

Maliyyə sektoru üçün müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 115 milyon manat investisiya tələb olunur.

Bu haqda “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib.

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

  • dövlət büdcəsi;
  • Mərkəzi Bankın vəsaitləri;
  • büdcədənkənar fondlar;
  • Sahibkarlığa Kömək Milli Fondunun və digər dövlət kredit və investisiya təşkilatlarının vəsaiti;
  • yerli büdcələr;
  • mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
  • birbaşa xarici investisiyalar;
  • qiymətli kağızlar bazarı;
  • ölkə bank sisteminin kreditləri;
  • beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, qrantları, texniki yardımı;
  • qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş prioritet hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədi ilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaqdır. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır