Maliyyə naziri Samir Şərifov BMT baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov oktyabrın 26-da BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini Rəşid Xalikov ilə görüşüb.

Görüşdə Bakıda ənənəvi olaraq keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs olunub, Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunaraq regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Görüş zamanı həmçinin, Azərbaycanın beynəlxalq humanitar fəaliyyəti və bu sahədə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır