Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15 may 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0105008699
Emissiya həcmi 30 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 728 gün
Faiz ödənişləri (olduqda) 13 noyabr 2018-ci il, 14 may 2019-cu il, 12 noyabr 2019-cu il, 12 may 2020-ci il
Faiz gəliri 8%
Ödəmə tarixi 12.05.2020
Anderrayter Paşa Kapital İŞ QSC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır