28 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106014696 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 87.0792 AZN (14.4600%) və 92.6240 AZN (12.0000%) olan 8 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 4 202 300 AZN təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən keçirilmiş hərracın gəlirlilik dərəcələri Emitenti qane etmədiyi səbəbindən hərrac baş tutmamış hesab edilib.