M2 pul aqreqatı azalıb

2018-ci ilin aprel ayının sonuna M2 aqreqatı 12425.1 mlrd.manat təşkil edib.

BBN.az Mərkəzi Bankın Statistik Bülleteninə əsasən məlumat verir ki, mart ayının sonunda M2 pul aqreqatı 13005.9 mlrd. manat olub.

Belə ki, mart ayı ilə müqayisədə bu göstərici 580.8 mln manat və ya 4.5% azalıb. M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2018-ci ilin aprelində 1.48, 2017-ci ilin müvafiq dövründə isə 1.52 olub.

Xatırladaq ki, M2 aqreqatı “Banklardan kənarda nağd pul (M0), manatla tələb edilənədək olan depozitlər, manatla müddətli depozitlər”in cəminə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır