“Manatın möhkəmləndirilməsi önəmlidir”

Prezident İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılması və daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini qeyd edib. Ölkənin bank sektorunda aparılan islahatlardan danışıb.

BVF-nin Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsinin önəmini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır