Tədiyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib.
BBN.az xəbər verir ki, bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənib. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub.
Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib.
Qeyd edək ki, manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşıb. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.